London derbisində 6 qol vurululdu

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, "Arsenal" səfərdə "Vest Hem"lə qarşılaşıb. London derbisində 6 qol vurulsa da, qalib müəyyənləşməyib - 3:3.

Meydan sahibləri 17 dəqiqəyə 3 qol vursa da, "Arsenal" hesabı bərabərləşdirməyi bacarıb.


"Vest Hem" - "Arsenal" - 3:3
Qollar: Linqard, 15 (1:0), Boven, 17 (2:0), Souçek, 32 (3:0), Souçek, 38-avtoqol (3:1), Davson, 61-avtoqol (3:2), Lyakazett, 82 (3:3)

Bu nəticədən sonra "Vest Hem" 49 xalla 5-ci, "Arsenal" 42 xalla 9-cudur.