"Yuventus” sabiq futbolçusu Moyze Kini heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisi "Everton”un icarə əsasında PSJ-də çıxış edən hücumçusunu geri qayıtmaqda maraqlıdır. 21 yaşlı forvard A seriyası klubunun transfer siyahısında yer alıb. 2016-19-cu illərdə "Yuventus”da oynayan Kin "Everton”a 40 milyon avroya keçib.
Futbolçudan razı qalan PSJ rəhbərliyi də onun transfer hüququna yiyələnmək fikrindədir. "Everton”la müqaviləsi 2024-cü ildə başa çatacaq Moyze mövsümün sonunadək Paris klubunda oynayacaq.