Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün lider “Beşiktaş” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 19-cu dəqiqəsində Aytac Kara vurub.
Xal itkisinə baxmayaraq, “Beşiktaş” (30 oyun) 64 xalla liderliyini davam etdirir. 31 oyun keçirən “Qalatasaray” 61 xalla 2-cidir. “Fənərbaxça” (30 oyun) 59 xalla 3-cüdür. "Kasımpaşa" isə 34 xalla 14-cü yerdədir.