Futbolçu və məşqçilər maska taxmadığı üçün klub cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

"Sherg.az" həmin qərarları təqdim edir:

Premyer Liqanın XXI turunun “Səbail” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

I Divizionun XIX turunun “Turan Tovuz” – “Qarabağ-2” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Turan Tovuz” – “Qarabağ-2” oyununda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

XIX turun “Sabah-2” – “Zaqatala” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Xaybulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur;

XIX turun “Qaradağ” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.