"Mançester Siti" qazandı, "Liverpul" "Real Madrid"ə uduzdu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələn "Real Madrid" rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. 9 dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Digər oyunda isə "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə) - 3:1

Qollar: Vinisius Junior, 27; 65, Marko Asensio, 36 - Məhəmməd Salah, 51


23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) - 1:0

Qollar: Kevin De Bröyne, 19 - Marko Roys, 84


Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu bu gün gerçəkləşəcək. Fransa PSJ-si Almaniyada "Bavariya"nı, İngiltərənin "Çelsi" klubu isə İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda Portuqaliya "Portu"sunu sınağa çəkəcək.