Messi 7 matçdır "Real"a qol vura bilmir

İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messi “Real Madrid"lə matçda (1:2) səmərəli hərəkətlərlə yadda qalmayıb.

“Report” xəbər verir ki, argentinalı hücumçu "Real"la son yeddi matçda "qol+ötürmə" sistemi üzrə fərqlənə bilməyib. Messi 2018-ci ilin mayından “madridlilər”lə matçlarda qol vurmayıb və məhsuldar ötürmələr etməyib. Argentinalı hücumçu sonuncu dəfə 2018-ci ildə - Kriştianu Ronaldu “Real Madrid”də çıxış etdikdə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Real Madrid" və "Barselona" İspaniya La Liqasında XXX turu çərçivəsində növbəti dəfə bir araya gəliblər. Madridin "Alfredo di Stefano" stadionunda təşkil olunmuş El Klasiko meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.