"Fənərbaxça" "Yeni Malatyaspor"la oyunda (1:1) itirdiyi xallara görə komandada özünü doğrulda bilməyən 10 futbolçunu göndərməyi düşünür.
Milli.Az Offsideplus.az-a istiandən xəbər verir ki, "sarı-lacivərtlər" yeni mövsümdən etibarən bu futbolçularla yollarını ayıracaq:
Maurisio Lemos, Marsel Tisseran, Harun Tekin, Filip Novak, Mbvana Samatta, Papis Sisse, Mame Tiam, Diaqo Perotti, Ferdi Kadıoğlu və Xose Sosa.
Bu futblçuların əvəzində klub rəhbərliyi "Everton"dan Yerri Minanı transfer etmək istəyir. "Fənərbaxça"nın 26 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatmaq üçün hərəkətə keçdiyi bildirilir.
Qeyd edək ki, 2018-ci ildən bəri "Everton"da çıxış edən Minanın müqaviləsi 2023-cü ildə başa çatır.