"Real"ın yarımmüdafiəçisi Lukas Vaskes zədə səbəbindən mövsümü erkən başa vurub.
Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dünən "Barselona" ilə matçda çarpaz bağından xəsarət alan 29 yaşlı yarımmüdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib. O, Çempionlar Liqasında "Liverpul"la cavab qarşılaşmasını və mövsümün geri qalanını buraxacaq.
Qeyd edək ki, "Real" aprelin 14-də Bakı vaxtı ilə saat 23:00-da "Liverpul"un qonağı olacaq.