"Barselona" "Atletik"i darmadağın edib - 4:0

İspaniya Kubokunun qalibi məlum oldu

"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi finalda "Atletik"i darmadağın edib - 4:0.

Sevilyadakı "Olimpiya" stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub. Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.