“Qalatasaray” səfərdə “Göztəpə”ni məğlub edib

Aprelin 17-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.

 Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Qonaqların hər üç qolunu Məhəmməd Aktürkoğlu vurub. Meydan sahiblərinin heyətində isə Foysseni Diabate fərqlənib.

Günün digər qarşılaşmasında “Ərzurumspor” səfərdə “Denizlispor”u 3:2 hesabı ilə məğlub edib. “Yeni Malatyaspor” öz meydanında “Alanyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” – “Hatayspor” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray” qərarlaşıb.