"Bavariya"nın baş məşqçisi Hans Diter Flikin klubdan ayrılma qərarına gəlməsinin səbəbi məlum olub.
Qol.az "Sport1"ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin Münhen təmsilçisinin idman direktoru Həsən Salihamidziçlə münasibəti gərgindir. Flik direktora yeni oyunçular almalı olduqlarını bildirib və transferlərdə seçime tməsini istəyib. Həmçinin çalışdırıcı Tiaqo Alkantara, Jerom Boatenq və David Alabanın komandadan ayrılmasına qarşı çıxıb.
Qeyd edək ki, 2019-cu ildən "qırmızılar"a baş məşqçilik edən Flik bu gün mövsümün sonunda vəzifəsindən istefa verəcəyini açıqlayıb.