İngiltərənin “Totenhem” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyu istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
London komandasını iyuna kimi 29 yaşlı Rayan Meyson çalışdıracaq.
Qeyd edək ki, İngiltərədə “Çelsi” və “Mançester Yunayted” klublarını da çalışdırmış Joze Mourinyu “Totenhem”lə 2019-cu ilin noyabrın 20-də dörd illik müqavilə bağlamışdı. Komandanın Avropa Liqasından kənar qalması və Premyer Liqada 50 xalla yeddinci olması onun istefaya göndərilməsinə səbəb olub.