“Haber Global”ın məlumatına görə, 11 iyun – 11 iyul aralığında keçiriləcək çempionatın hakimləri bu müddət ərzində Türkiyə şəhərindəki xüsusi mərkəzdə qalacaq və matçlara hazırlıqlarını da burada edəcəklər.
Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya əsasən, hakimlər heyəti iyunun 7-də İstanbula gələcək və bir ay boyunca şəhərdə qalacaqlar.