Ronaldu daha az maaşa “Mançester Yunayted”ə oynamağa hazırdır


“Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu “Mançester Yunayted”ə qayıtmaq istəyir.

Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbə yazır ki, 36 yaşlı superulduz “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmaq üçün hətta maaşının azalmasına da razıdır.

Xatırladaq ki, K.Ronaldunun Turin klubu ilə müqaviləsi 2022-ci ildə bitir, lakin o, bu yay İtaliyanı tərk etməyi düşünür.

O hazırda “Yuventus”da ilinə 31 milyon avro qazanır.