DÇ-2022: Mpabbe Klinsmana çatıb, iki futbolçunu geridə qoyub

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 11-ci qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu bu göstəriciyə Qətərdəki mundialda Argentina yığması ilə keçirdikləri final matçında dubl etməklə çatıb.

O, qol sayına görə argentinalı Qabriel Batistuta və ingiltərəli Qari Linekeri geridə qoyub, almaniyalı Yurgen Klinsmana isə çatıb.

Qeyd edək ki, Argentina - Fransa oyununda əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Hazırda əlavə vaxt oynanılır və hesab dəyişməyib.