Vitor Pereira  zəlzələdə zərər çəkənlər üçün 30 milyon topladı

"Fənərbaxça"nın keçmiş portuqaliyalı texnik direktoru Vitor Pereira Türkiyə və Suriyada baş verən zəlzələdə zərər çəkənlər üçün yardım toplayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda Braziliyada "Flamenqo"da çalışan Vitor 30 milyon lirə toplaya bilib.

O, məbləği zəlzələdə zərərçəkənlərin evlərinin bərpasına verəcəyini deyib.