"Çelsi"nin baş məşqçisi Qrem Potter bu gün Premyer Liqanın 25-cü turunda "Tottenhem"lə oyundan sonra istefaya göndərilə bilər.
Sherg.az oxu.az-a istinadən xəbər verir ki, "Çelsi"nin sahibi Todd Boeli mütəxəssisin gücünə inanır.
Lakin "zadəganlar" London derbisində uduzsalar, Qrem Potter qovulacaq. Rəhbərlik bir müddətdir ki, Potterin işindən narazıdır.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 23 matçdan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb.