“Çelsi”nin baş məşqçisi postunu tərk etməsi gündəmdə olan Qrem Potterin yerinə əsas namizədlər bəlli olub.
Zinəddin Zidan, yaxud Luis Enrike London klubunun növbəti “sükançısı” ola bilər. Məlumata görə, klub rəhbərliyi Potteri postundan göndərmək istəmir, ancaq uğursuz nəticələr yekunda ingilis mütəxəssisin qovulması ilə nəticələnə bilər. Əsas namizədlər isə Zidan və Enrikedir.
Son olaraq Madrin “Real”ını çalışdıran fransalı mütəxəssis 2021-ci ildən işsizdir. Enrike isə DÇ-2022-dən sonra İspaniya millisindən qovulub.
Mənbə: “The Sun”