Türkiyə millisinin üzvü İtaliya nəhəngi ilə razılığa gəldi

Hakan Çalhanoğlu “İnter”də qalacaq.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yeni müqaviləni razılaşdırıblar. Sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Rəsmiləşmə prosesi qarşıdakı həftələrdə olacaq.
Türkiyə millisinin üzvü 2021-ci ilin yayında “Milan”dan “İnter”ə üz tutub. 29 yaşlı yarımmüdafiəçinin İtaliya nəhəngi ilə hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir. O, son açıqlamalarının birində “İnter”də qalmaq istədiyini açıqlayıb.