"Beşiktaş"da Cenk Tosuna sürpriz təklif


Amerikanın Böyük Liqa komandası "Çikaqo Fayr" Cenk Tosun üçün "Beşiktaş"la danışıqlara başlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, klub  Cenkə  9 milyon dollar qarşılığında 3 illik müqavilə təklif edib. Amerika komandasının təklifinə illik 2,5 milyon dollar zəmanət haqqı, həmçinin 500 000 dollarlıq bonus ödənişləri də  daxildir.

Transfer baş tutacağı təqdirdə "Beşiktaş"a  "Çikaqo Fayr"  transfer haqqı ödəyəcək. “Beşiktaş” və Cenk Tosun hələlik təklifə cavab verməyib.

31 yaşlı futbolçunun "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Cenk Tosun bu mövsüm "Beşiktaş"ın heyətində 23 oyuna 12 qol vurub, 2 məhsuldar ötürmə edib.

Turan