Fransalı hücumçu Kilian Mbappe ölkəsinin PSJ komandasının tarixinin ən yaxşı bombardiri olub.
Sherg.az "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Nant"a vurduğu qol klubdakı 247-ci matçında 201-ci olub.
Beləliklə, Mbappe komandanın heyətində 200 qolu olan əvvəlki bombardiri Edinson Kavanini keçib.
Ümumilikdə Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 30 qol vurub və 8 məhsuldar ötürmə edib. Qətərdə keçirilən dünya çempionatında hücumçu səkkiz qol vuraraq argentinalı Lionel Messini (yeddi qol) keçərək turnirin bombardiri olub.