Sterlinq "Çelsi"də qalmaq istəyir

"Çelsi"nin futbolçusu Rahim Sterlinq klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Çelsi"də qalmaq istəyir. O, transfer təkliflərinə baxmayaraq, London təmsilçisidən ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, Sterlinq bu mövsüm Premyer Liqada 19 oyunda 4 qol vurub.