"Qarabağ"dan səfərdə inamlı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir matçı baş tutub.

Axar.az xəbər verir ki, mərkəzi görüşdə "Qarabağ" "Qəbələ"nin qonağı olub. Matç "Qarabağ"ın inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu qələbə ilə xallarını 65-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 32 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.