Macarıstanın paytaxt Budapeştdə İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb. Hadisə nəticəsində iki fanat xəstəxanaya yerləşdirilib, bir neçə tərəfdar isə saxlanılıb.
İnsidentin təkrarlanmaması üçün hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, bu gün "Puşkaş Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.