"Milan" Rafael Leau ilə müqaviləni yeniləyib

İtaliya "Milan"ı futbolçusu Rafael Leau ilə müqaviləni yeniləyib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun sözləşməsinin müddəti 2028-ci il iyunun 30-dək uzadılıb.

Portuqaliya millisinin üzvü 2019-cu ildən Milan şəhərinin eyniadlı təmsilçisinin şərəfini qoruyur. Forvard bu müddət ərzində 162 oyunda meydana çıxıb, 41 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Rafael Leau 2021/2022 mövsümündə İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.