“Olimpiya” - “Qarabağ” oyununun yayımı 69-cu dəqiqədən başlayıb - YENİLƏNİB

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə səfər oyununun yayımı 69-cu dəqiqədən başlayıb.

“Report”un məlumatına görə, yayım hüququna malik olan “İdman Azərbaycan” kanalı qarşılaşmanı tamaşaçılara məhz həmin dəqiqədən etibarən təqdim edir.

Yayımın gec baş tutmasının səbəbi texniki problemlər olub.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə “Qarabağ” 2:0 hesabı ilə öndədir.

23:16

“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, kanal feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.