Məşhur futbolçu və məşqçi Arda Turan və Aslıhan Doğan Turan cütlüyü çox üzgündürlər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Arda Turan və Aslıhan Doğan Turanın körpələrinin dünyasını dəyişdiyi açıqlanıb. Bu yaxınlarda üçüncü uşaqlarının dünyaya gəlməsini gözləyən cütlük acı xəbəri müayinə zamanı alıb.
2 aylıq hamilə olan Aslıhan Doğan Turan adi həkim müayinəsi zamanı körpəsini itirdiyini öyrənib.
Aslıhan Doğan üçüncü uşaq arzusunu bir az əvvəl bu sözlərlə açıqlamışdı: “Qismət olarsa bu, ikimizin də istədiyi bir şeydir... Arayı açmadan üçüncü uşağımızı dünyaya gətirmək istəyirəm. İki oğlum var və üçüncüsü qız olarsa, çox mutlu olaram. Qızım olursa, adının Farah Aslıhan olmasını istərdim".
Qeyd edək ki, cütlüyün Həmzə və Aslan adlı iki övladı var.