Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçiriləcək.
“Report” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış sentyabrın 3-də təşkil olunacaq.
Çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçiriləcək.
Yarışa qatılmaq istəyənlər avqustun 31-dək qeydiyyatdan keçməlidirlər. İştirak üçün ödəniş tələb olunmur.