Mahir Emreli: “Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub”

“Almaniya Bundesliqasından mənimlə maraqlanan klub olub. Agentin dediyinə görə, həmin komanda “Bohum” idi”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu 2021-ci ildə “Qarabağ”dan ayrılaraq Polşa klubu “Legiya”ya keçdiyi zaman başqa təkliflərinin olduğunu da etiraf edib: “Rəsmi olaraq Portuqaliyadan iki klub istəyirdi. “Famalikan”, “Riu Ave” məni transfer etmək niyyətində olub. Belçika komandalarından “Mexelen” və “Aud-Heverle” məni istəyiblər. Bunlar rəsmi təklif göndərənlər idi, bəzi yalan məlumatlar da çıxmışdı. Danışdığım komandalar bunlar idi. Sonda “Legiya”da qərarımı tutdum”.

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.