"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bakupost.az Sloveniya mediasına istinadən xəbər verir ki, ölkə çempionu Albaniya "Eqnatiya"sından Redi Kasanı transfer edib.
İtaliya "Parma"sının yetirməsi olan 22 yaşlı hücumçu icarəyə götürülüb.
Qeyd edək ki, cavab görüşü avqustun 31-də Bakıda olacaq.