"Qalatasaray" "Latsio"dan Matias Veçino ilə anlaşıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Qalatasaray" 32 yaşlı futbolçu ilə 1 illik opsiya ilə 3 illik razılığa gəlib.
Uruqvaylı yarımmüdafiəçi İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalamağa hazırlaşırdı.
Ancaq "sarı-qırmızılılar" transferi dayandırıb.
Vecino karyerası boyu “Fiorentina”, “Kalyari”, “Empoli” və “İnter”də də çıxış edib.
Vecino "İnter"lə A Seriyasını, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.