Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirib.
Teleqraf xəbər verir ki, Vitali Borisovun baş məşqçi okduğu kollektiv Xorvatiyanı qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsilə yekunlaşıb.
Qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşmada David Maraya dubl edib, üçüncünü isə Marko Kuraja vurub.
Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.