"Mançester Yunayted" səhmlərinin 25 faizini satışa çıxarıb

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted" klubunun 25 faizinin satışı üçün britaniyalı iş adamı Cim Ratklifflə razılaşdığını açıqlayıb.

Sherg.az xəbər verir ki, klubun səhmlərinin 25 faizini 1,25 milyard funt-sterlinqə satın alan neft-kimya şirkəti INEOS-un qurucusu Ratkliff futbol əməliyyatlarına nəzarətdə də söz sahibi olacaq.

71 yaşlı Ratkliffe həmçinin Old Trafford stadionuna investisiyalar yatırmaq üçün 236 milyon funt - sterlinq mənbəə ilə təmin edəcək.


ABŞ-li Qleyzer ailəsi 2005-ci ildə klubu 790 milyon funta satın almışdı.