Ronaldo nə vaxt təqaüdə çıxacaq? 

Həyat yoldaşı Georgina tarixi açıqlayıb


Georgina Rodriguez karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştian Ronaldonun futboldan ayrılacağı tarixi açıqlayıb. 
Sherg.az xəbər verir ki, Kriştian Ronaldonun həyat yoldaşı Georgina Rodriguez Paris Moda Həftəsində Ronaldo temalı geyimi ilə podiuma çıxıb.
Rodrigesin portuqaliyalı ulduzun karyerası ilə bağlı çıxışı ilə də gündəm olub.


Səhnə arxası söhbətində Rodriges Ronaldonun nə vaxt futboldan ayrılacağını açıqlayıb.
"Kristiano bir ildən sonra təqaüdə çıxacaq. Bəlkə iki il, bilmirəm".
"Əl Nəsr"də çıxış edən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı yığması ilə ümumilikdə 48 oyun keçirib. Portuqaliyalı ulduz bu matçlarda 42 qol vurub, 13 məhsuldar ötürmə edib.