Viktor Nelson: "Qalatasaray"da xoşbəxtəm

"Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi olan Viktor Nelssonun A Seriyasının komandalarından olan "Napoli"yə transfer olunacağı ilə bağlı iddialara cavab verib. 
26 yaşlı futbolçu "Gələcəyin nə gətirəcəyini bilmirsən. Amma mənim hal-hazırda xoşbəxt yerim "Qalatasaray"dır" deyib. 

Sherg.az xəbər verir ki, Danimarkalı futbolçu onun haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.

 "Bold"-a danışan təcrübəli futbolçu deyib: "Deyə bilərəm ki, çox söz-söhbət var. İstər mənim, istərsə də digər oyunçular haqqında. Bunun darıxdırıcı cavab olduğunu bilirəm, amma diqqətimi hazırda olduğum yerə yönəltmişəm. Mən indi mümkün qədər istər milli, istərsə də "Qalatasaray" olsun, vəzifəmə  diqqət yetirməyə çalışıram".