“Qarabağ”ın ÇL-dəki rəqibi müəyyənləşdi - Yeniləndi

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.

Püşkatmada səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi 2-ci mərhələdə “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.