Çempionlar Liqası: “Fənərbağça” cütün ilk oyununda “Lill”ə məğlub olub

Türkiyənin “Fənərbağça” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbul nəhəngi səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Türkiyədə olacaq.

Joze Mourinyonun komandası III raundda “Lill”i (Fransa) mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.