"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.
Sherg.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
79-cu dəqiqədə Rafael Utziq fərqlənib.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.