Azərbaycan paraüzgüçüsü Raman Saley Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
"Sherg.az" xəbər verir ki, idmançı S12 kateqoriyasında 100 m məsafəyə arxasıüstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.
Final bu gün, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də yekunlaşacaq.