Paris-2024: Azərbaycan parapauerliftinqçisi çıxışını başa vurub

Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

"Report" xəbər verir ki, final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.

Qeyd edək ki, Paris-2024-də Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.