Türkiyə Superliqasında XX tura start verilib.
AZƏRTAC xəbər verir ki, "Qalatasaray" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 51-ə çatdıran İstanbul nəhəngi turnir cədvəlinə başçılıq edir. Ev sahibləri isə 10 xalla 18-ci pillədə qərarlaşıb.