Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək, çünki bu, ittifaqın mövqeyini zəiflədə bilər.
APA “AFP”-yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
“Onlardan imtina etmək çox qəribə olardı... Danışıqlar olsa, biz istər-istəməz özümüzü daha zəif vəziyyətdə görəcəyik”, - Kallas qeyd edib.