Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişinə görə, tərəflərdən birinə hücum olarsa, onlardan heç biri təcavüzkara yardım etməməlidir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində deyilir.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. Səfər çərçivəsində Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.