10 illik evlilik sona çatdı: Mauro İkardi və Vanda Nara boşandı

Uzun müddətdir aldatma, zorakılıq, mesaj açıqlamaları və dava-dalaşla gündəm olan "Qalatasaray"ın ulduzu Mauro İkardi və Vanda Nara 10 illik evliliklərinə son qoyub.

Sherg.az xəbər verir ki, Milanda ortaq mülkləri olduğu üçün İtaliyada boşanmaq üçün məhkəməyə müraciət edən cütlük orada keçirilən məhkəmə prosesindən sonra boşanıblar.

İkardi və Vanda Naranın evliliyindən Françeska və İzabella adlı iki qız övladı dünyaya gəlib.

Vanda Nara daha əvvəl Mauro İkardi ilə birlikdə reper L-Gante ilə yeni əməkdaşlığa başlamışdı.

İkardi isə model Çin Suareslə yeni münasibətə başlamışdı və ikili "Qalatasaray"- "Fənərbaxça" derbisini izləmək üçün birlikdə Türkiyəyə gəliblər.