
Politoloq: ATƏT-in Minsk Qrupu faktiki olaraq siyasi ölümünü yaşayıb
12:14 01.08.2025
Siyasət
470
Minsk Qrupu münaqişənin köklü həlli üçün heç vaxt siyasi iradə göstərməyib
Minsk Qrupunun ləğvi texniki baxımdan yox, siyasi iradə baxımından mümkün olmur
ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində səmərəli fəaliyyət göstərə bilməyib.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya Gazeta"da dərc olunan məqaləsində bildirib.
Lavrov deyib ki, ATƏT-in Minsk Qrupu tərəflər arasında dialoq yaratmaqda uğursuz olub.
"Qərb ölkələrinin Rusiyaya əməkdaşlıqdan imtina etməsindən sonra qrup öz mənasını itirdi və ATƏT-in Minsk Qarabağda uğursuz oldu",- o qeyd edib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu ilə münaqişənin sülh yolu ilə həlli üçün 1992-ci ildə təsis edilmişdi.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dair uzun illərdir davam edən tənqidlər, 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşdı:

“Bu gün artıq Rusiya xarici işlər naziri Sergey Lavrovun özü də bu qurumun münaqişənin həllində uğursuzluğunu açıq şəkildə etiraf edir. Lavrovun "Rossiyskaya Gazeta"da yayımlanan məqaləsində ATƏT-in Minsk Qrupunun dialoq yaratmaqda belə aciz qaldığını deməsi, əslində, postsovet dövrünün ən çox müzakirə olunan diplomatik platformalarından birinin rəsmi olaraq iflasa uğradığını bir daha göstərir. Minsk Qrupunun fəaliyyətsizliyinin və nəticəsizliyinin səbəbi təkcə formatın özündə deyil, həm də bu format daxilində təmsil olunan ölkələrin geosiyasi maraqlarının ziddiyyətində idi. ABŞ, Fransa və Rusiya kimi üç böyük dövlətin ortaq mövqe ortaya qoyması heç zaman mümkün olmadı. Tərəflər formal şəkildə vahid vasitəçi statusunu daşısalar da, əslində bu format çərçivəsində müxtəlif maraqlarla çıxış etdilər. Minsk Qrupu münaqişənin köklü həlli üçün heç vaxt siyasi iradə göstərmədi. Onların fəaliyyəti daha çox status-kvonun qorunmasına, yəni vəziyyətin dondurulmasına yönəlmişdi. Bu isə nəticədə Ermənistanın işğalçılıq siyasətinə dəstək demək idi”.
Politoloq qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallıq Minsk Qrupunun fəaliyyətini tam mənasızlaşdırdı:
“Rəsmi Bakı artıq münaqişənin hərbi-siyasi yolla həll edildiyini elan etdi və bunu beynəlxalq ictimaiyyət fakt olaraq qəbul etdi. Buna baxmayaraq, bəzi Qərb dairələri, xüsusilə Fransa Minsk Qrupunun yenidən canlandırılması ideyasını gündəmə gətirməyə çalışdı. Prezident İlham Əliyev dəfələrlə bu qrupun artıq funksiyasını itirdiyini və ləğv edilməli olduğunu açıq bəyan edib. ATƏT-in Minsk Qrupunun tam hüquqi ləğvi üçün rəsmi prosedurlar və konsensus tələb olunur. ABŞ və Fransa hələ də bu platformanın müəyyən formada yaşadılmasında maraqlıdırlar, çünki bu, onların Cənubi Qafqaz siyasətinə təsir imkanlarından biridir. Bu səbəbdən, Minsk Qrupunun ləğvi texniki baxımdan yox, siyasi iradə baxımından mümkün olmur. Digər tərəfdən, ATƏT kimi beynəlxalq təşkilatlarda hər bir qərar uzun bürokratik prosesdən keçir və burada tərəflərin razılığı olmadan hərəkət etmək çətindir”.
Turan Rzayev bir məqamı da nəzərə almağın vacibliyini bildirib:
“Minsk Qrupunun ləğvi yalnız texniki prosedur deyil, həm də beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinin başa çatdığını rəsmən qəbul etməsi anlamına gələcək. Bu isə bəzi dairələrin, xüsusilə Ermənistanı dəstəkləyən aktorların maraqlarına ziddir. Onlar bu qrupun formal da olsa, yaşamasında maraqlıdırlar ki, gələcəkdə status məsələsini yenidən gündəmə gətirmək üçün diplomatik platforma saxlasınlar. ATƏT-in Minsk Qrupu artıq faktiki olaraq siyasi ölümünü yaşayıb. Ancaq reallıq dəyişib və Azərbaycan bu reallığı təkcə hərbi və siyasi gücü ilə deyil, həm də diplomatik təsir imkanları ilə möhkəmləndirir. Minsk Qrupunun tarixi isə, artıq bir uğursuz vasitəçilik modeli kimi yadda qalacaq”.
Kəmalə Vəliyeva
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya