83 yaşlı qadın qarşısına məqsəd qoyub
Yusif Nəzərli
09:32 04.05.2023
İdman
601
O, Paris Olimpiadasında birincilik əldə etmək istəyir
83 yaşlı fransız qadın Paris Olimpiadasında birincilik əldə etməyi qarşısına məqsəd qoyub. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, indiyədək xeyli mükafatlar, medallar qazanmış Barbara Humbert yaşının bu çağında da idmanın yüngül atletika növü ilə məşğul olur, qaçış marafonlarına qatılır.Qaçış həvəskarı olan Barbara Humbert idmanın sağlamlığın əsası olduğunu əyani sübut edir. Parisin yerli mediasına açıqlama verən Barbara Humbert idmana bağlılığıyla gənclərə örnək davranış sərgiləmək istədiyini deyib. Onu tanıyanlar da “83 yaşlı qadın əzmi və həyat enerjisiylə gənclərə nümunədir”, deyirlər. Barbara Humbertin indilik ən böyük arzusu isə Paris Olimpiadasında iştirak edib olimpiya çempionu adını qazanmaqdır. Barbara Humbert yaşlı vaxtında idmandan nəinki əl çəkməyən, hətta qalib olan, medallar qazanan tək qadın deyil. Müxtəlif zamanlarda oxşar örnəklərə rast gəlinib. ABŞ-də 82 yaşlı Kristel Donli 100 metrlik məsafəni 21 saniyədə qət edərək rekorda imza atıb. 2017-ci ildə Luiziana ştatında keçirilmiş yarışda ikinci pilləni 92 yaşlı Meri Norkauer, üçüncülüyü isə 101 yaşlı Culiya Hokins qazanıblar. Onlardan əvvəlsə 101 yaşlı hindli qadın Beynəlxalq Veteranlar Oyunlarında 100 metrlik məsafəni 1 dəqiqə 14 saniyədə başa vurub. Yəni təkcə döyüşə “qocalar” getmirmiş, idmana da qocalar damğa vururmuş.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə