Ağ Evin məqsədi dünyanı parçalamaqdır
Yusif Nəzərli
08:48 28.03.2023
İdman
737
“Demokratiya indeksi” ABŞ-nin və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb
"Rəsmi Vaşinqtonun “Demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür". Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik qonşu Gürcüstanla yanaşı “Demokratiya sammiti”nə dəvət alan Nauru, Tuvalu və Vanuatu adlı cırtdan dövlətlərlə bağlı bir məqamı diqqətə çatdırıb: "Məsələ burasındadır ki, Nauru Abxaziya və Cənubi Osetiyanı hələ də müstəqil dövlət kimi tanıyır.
Eyni qərar 2011-ci ildə Tuvalu və Vanuatu tərəfindən də qəbul edilmişdi. Amma 3 il sonra, 2014-cü ildə sözügedən dövlətlər qərarlarını geri çağırdılar. Buna baxmayaraq, hər iki dövlət 3 il ərzində Gürcüstanın ərazi bütövlüyünü de-yure tanımayıblar. Separatçı rejimlərə rəsmi şəkildə dəstək veriblər ki, bu da onların beynəlxalq hüququn norma və prinsiplərinə, separatçı rejimlərin ərazisindən zorla çıxarılmış Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarına olan münasibətini ortaya qoyur. Eyni problem Ukrayna ilə bağlı da yaşanır. Diqqət çəkən məqamlardan biri də Ağ Evin xeyir-duası ilə hazırlanan “Demokratiya indeksi”ndə ən son sıralarda olan dövlətlərin “demokratiya sammiti”nə dəvət olunmalarıdır. Məsələn, sammitin “təşkilatçı”larından biri olan Zimbabve ən son “Demokratiya indeksi”ndə 133-cü pillədə qərarlaşıb. Başqa bir dəvətli - Konqo Demokratik Respublikası “Demokratiya indeksi”ndə 137-cı pillədədir. Sammitə dəvət olunanlar arasında yer alan Qvineya 147, Niger 125, Anqola 112, Nigeriya 107-ci sırada yer alıblar. Amma Macarıstan “Demokratiya indeksi”ndə 58-ci, Türkiyə isə 103-cü sırada qərarlaşsalar da, “Demokratiya sammiti”nə dəvət almayıblar. Daha öncə də qeyd etdiyim kimi, “Demokratiya indeksi” ABŞ-nin və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb. Təqdim etdiyim göstəricilərin subyektiv, yaxud obyektivliyindən asılı olmayaraq, son hesabatdan götürülüb. Ağ Evin hesabatlarında da bir qayda olaraq, bu sənədə istinad olunur".
E.Mirzəbəyli hesab edir ki, “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin "sammitə" dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önünə sərgiləyir:
"Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən “parçala və hökm sür” siyasətini davam etdirməkdir.
Yəni “Demokratiya sammiti” dünyada demokratiyanı təbliğ etmək məqsədi daşımır, sadəcə, Birləşmiş Ştatların və onun hazırkı administrasiyasının cari maraqları üçün taktiki alət rolunu oynayır.
Eyni zamanda ötən “Demokratiya sammiti”ndə iştirak edənlərin və yeni sammitə dəvət alanların açıqlanan siyahısı onu deməyə əsas verir ki, Ağ Ev üçün “demokratiya” Birləşmiş Ştatların maraqları, “sammit” isə bu maraqlara “ləbbeyk” deyib xidmət edənlərin toplantısı deməkdir. Sadə el dilində desəm, "demokratların zirvə toplantısı”, əslində dünyanı yenidən öz maraqlarına uyğun “sünnət” etmək niyyətinə düşən Ağ Evin “Kirvə toplantısı”dır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual