Azərbaycanın dünya və Avropa çempionu I MDB Oyunlarında iştirak etməyəcək
11:04 23.08.2021
İdman
492
Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında iştirak edəcək Azərbaycanın 23 yaşadək sərbəst güləş millisinin heyətində dəyişiklik edilib. Bu barədə "Report"a komandanın baş məşqçisi Arif Abdullayev məlumat verib.
53 yaşlı mütəxəssis 74 kq çəki dərəcəsində çıxış edən Turan Bayramovun yarışa aparılmayacağını söyləyib: "Turan Bayramov yorğundur. Tokio-2020 Yay Olimpiya Oyunlarından gələndən sonra Rusiyanın Ufa şəhərindəki gənclərin dünya çempionatında iştirak edib və yorğunluqla üçüncü yeri tutub. ABŞ idmançısı Kiqan Otole ilə 1/4 final görüşündə 5:1 hesabı ilə öndə idi. Ani səhvə görə məğlubiyyətlə üzləşdi. Turan yorğundur, biz də istəmərik ki, uşağa çox əziyyət verək".
Abdullayev gənc pəhləvanın perspektivli idmançı olduğunu və bu səbəbdən onu çox yükləmək istəmədiklərini bildirib: "Turan Bayramov MDB Oyunlarında iştirak etməyəcək. Bir ay ərzində 3 yarışda güləşmək çox ağırdır. Onun yerinə kimin yollanacağına təlim-məşq toplanışından sonra qərar verəcəyik. Kim hazır olsa, onu da heyətə daxil edəcəyik".
Qeyd edək ki, Turan Bayramov bu il Polşanın Paytaxtı Varşavadakı böyüklərin Avropa çempionatında gümüş, Almaniyanın Dortmund şəhərində gənclərin qitə yarışında qızıl medal qazanıb. Bayramov 2019-cu ildə gənclərin analoji yarışında dünya və Avropa çempionu adına da sahib çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm