Azərbaycanın Qış Paralimpiya Oyunlarında missiya rəhbəri və bayraqdarı müəyyənləşdi
Yusif Nəzərli
08:03 17.02.2022
İdman
589
Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının missiya rəhbəri və bayraqdarı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun qərarına əsasən Rauf Mürsəlov Azərbaycan komandasının missiya rəhbəri təyin edilib. İdmançımız Mehman Ramazanzadə isə açılış mərasimində millimizin bayraqdarı olacaq.
Bu iki şəxsdən başqa, Azər Tapdıqov (Komitənin qış idman növləri üzrə kuratoru, mətbuat katibi), Məhəmməd İsmayılov (milli komandanın baş məşqçisi, Şahdağ Turizm Mərkəzinin xizək təlimatçısı) və Leyli Yusifli (COVID menecer, idman şöbəsinin aparıcı mütəxəssisi) Pekində nümayəndə heyətinin tərkibində yer alacaqlar.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.
Mehman Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 9 mart tarixində baş tutacaq.
Xatırladaq ki, XIII Qış Paralimpiya Oyunları 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli Stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq