Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb.

Oxu.Az-ın xəbərinə görə, o, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan medal sıralamasında Avstraliyanı da keçərək altıncı sıraya yüksəlib.